Bu ilin ilk depozit hərracında tələb təklifi 2 dəfə üstələyib | Banco.az

Bu ilin ilk depozit hərracında tələb təklifi 2 dəfə üstələyib

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 15 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 30 mln. manat təşkil edib. 

Banco.az AMB-yə istinadən xəbər verir ki, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə illik 14,80% olub.