Bu ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirləri 3 591,5 mln. manat, xərcləri isə 3 912,7 mln. manat təşkil edib.
Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara istinadən xəbər verir ki, büdcənin icrasında 321,2 mln. manatlıq və yaxud ümumi daxili məhsulun (ÜDM) 2,1%-i qədər kəsir yaranıb.
Xatırladaq ki, 2017-ci ilin yanvar-fevral aylarında dövlət büdcəsinin gəlirləri 2 370,5 mln. manat, xərcləri 2 191,7 mln. manat olub, büdcənin profisiti ÜDM-in 1,8%-ini təşkil edib.
Mənbə: Report.az