Müəllif:Ayşən İmanova/Banco.az
“Counterpoint” tədqiqat şirkəti 2024-cü ilin birinci yarısı üçün smartfon bazarını araşdırıb və istehlakçılar arasında ən çox hansı modellərin populyar olduğunu müəyyən ediblər.
Banco.az xəbər verir ki, “iPhone 15” bazarın 4,1%-ni tutaraq bu il ən çox satılan smartfon olub. İkinci və üçüncü yerlərdə müvafiq olaraq 3,7% və 3,1% payla “iPhone 15 Pro Max” və “iPhone 15 Pro” qərarlaşıb.
Siyahının əsas hissəsini “Samsung”un büdcəli A seriyalı modelləri tutur. Bu reytinqdə yeganə bahalı “Samsung” cihazı 9-cu yeri tutan “Galaxy S24 Ultra” olub.
“Redmi 13C 4G” ilə “Xiaomi” istisna olmaqla, Çin markaları siyahıda demək olar ki, yer almır.
Dünyanın ən populyar 10 smartfonunun tam siyahısı:
1. iPhone 15 (4,1%).
2. iPhone 15 Pro Max (3,7%).
3. iPhone 15 Pro (3,1%).
4. Samsung Galaxy A15 5G (2%).
5. Samsung Galaxy A15 4G (1,8%).
6. iPhone 14 (1,6%).
7. Samsung Galaxy A55 (1,5%).
8. Xiaomi Redmi 13C 4G (1,5%).
9. Samsung Galaxy S24 Ultra (1,4%).
10. Samsung Galaxy A05 (1,4%).