Müəllif: Gülnar Əhmədli, Banco.az
Elektrikli avtomobil satışları artaraq 2023-cü ildə qlobal avtomobil satışlarının 18%-nə çatıb.
Rəqiblər daha sərfəli seçimlər və yeni performans xüsusiyyətləri gətirdikcə, müştərilər elektromobillərə üz tutut və bazar böyüməyə davam edir.
Banco.az xəbər verir ki, "Visual Capitalist" 2023-cü ilin avqust ayına olan məlumatlar əsasında dünya üzrə ən çox satılan elektromobillərin siyahısını tərtib edib.
2023-cü ilin yanvar-avqust aylarında dünyanın ən çox satılan tam elektrikli avtomobilləri bunlar olub:
- Tesla Model Y (ABŞ) - 772,364
- Tesla Model 3 (ABŞ) - 364,403
- BYD Atto 3 / Yuan Plus (Çin) - 265,688
- BYD Dolphin (Çin) - 222,825
- GAC Aion S (Çin) - 160,693
- Wuling HongGuang Mini EV (Çin ) - 153,399
- GAC Aion Y (Çin) - 136,619
- VW ID.4 (Almaniya) - 120,154
- BYD Seagull (Çin ) - 95,202
Qeyd edək ki, ABŞ-ın investisiya bankı "Goldman Sachs" artan xərc səmərəliliyi və dəyişən istehlakçı davranışı nəzərə alınmaqla, elektromobil satışlarının 2035-ci ilə qədər qlobal miqyasda yeni avtomobil satışlarının yarısını təşkil edəcəyi proqnozlaşdırır.
Bizi sosial şəbəkələrdən izləyin!!