Bu ilin birinci rübündə ölkədə nə qədər yeni iş yeri açılıb? | Banco.az

Bu ilin birinci rübündə ölkədə nə qədər yeni iş yeri açılıb?

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin birinci rübü ərzində ölkədə 22,5 min yeni iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 94,1 faizi qeyri-dövlət sektorunda açılıb.

Banco.az Statistika Komitəsinə istinadən xəbər verir ki, yeni açılmış iş yerlərinin 80,0 faizi Bakı şəhərinin, 1,7 faizi Naxçıvan Muxtar Respublikasının, 18,3 faizi digər regionların payına düşüb. 

Məlumata görə, 2024-cü ilin birinci rübü ərzində ölkədə 2,5 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 53,5 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 50,9 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 49,1 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, 2023-cü ilin yanvar-mart ayları ərzində ölkədə 17,9 min yeni iş yerləri açılıb. Həmçinin, rüb ərzində ölkədə 4,2 min iş yeri bağlanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et