Bu ildən Azərbaycanda satılan suların etiketlərində mineral tərkibi əks olunmayacaq | Banco.az

Bu ildən Azərbaycanda satılan suların etiketlərində mineral tərkibi əks olunmayacaq

Dünyada hər hansı suyun insan orqanizminə müalicəvi təsiri ilə bağlı heç bir elmi göstərici yoxdur.

Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli "İstehlakçı hüquqlarının qorunmasında dövlət orqanlarının rolu" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bu, keçmiş Sovetdən qalma göstəricidir ki, onlar müxtəlif mineral suların üzərində həmin suyun müalicəvi effekti olması ilə bağlı məlumat verib.

    "Qida Təhlükəsizliyi ilə bağlı qanunun tətbiqi ilə bu ildən etibarən Azərbaycana idxal olunacaq və Azərbaycanda istehsal olunacaq mineral suların üzərində onların müalicəvi effekti olması ilə bağlı göstəricilərin və digər önə çəkilə biləcək, amma əslində isə bir suyun tərkibində mineral göstərici kimi normalda olacağını özündə ehtiva edən göstəricilərin həmin etiket göstəricilərində istehlakçının çaşdırılması və aldadılması faktlarına icazə verilməyəcək", - deyə Qoşqar Təhməzli vurğulayıb. 

    Ən sərfəli kredit üçün müraciət et

    APA

    Bizi sosial şəbəkələrdən izləyin!!

    Facebook

    Instagram

    Telegram

    Ən sərfəli krediti almaq üçün müraciət et