Bu il Xəzərin Azərbaycan sektorunda yerləşən "Ümid" yatağında 900-950 mln. kubmetr həcmində təbii qaz hasilatı planlaşdırılır.
Xatırladaq ki, "Ümid" yatağı Bakıdan 75 km cənuba, qurudan isə 40 km məsafədə yerləşir. Yataq 2010-cu ildə kəşf edilib. Bu, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) bilavasitə kəşf etdiyi ilk yataq olub. İlkin hesablamalara görə, yatağın ümumi ehtiyatı 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmində qiymətləndirilir.
Report.az