Beynəlxalq Valyuta Fondu (BVF) bu il Türkiyədə inflyasiya səviyyəsinin ötənilki 15,2%-dən 12%-dək yavaşlayacağını proqnozlaşdırır.
BVF-nin "World Economic Outlook" hesabatına istinadən, 2021-ci ildə inflyasiya bu ilki kimi 12% səviyyəsində gözlənir.
İqtisadi artım üzrə proqnoza gəldikdə, BVF bu il Türkiyədə ÜDM-in 5% azalacağını, 2021-ci ildə isə 5% artacağını proqnozlaşdırır. Qeyd edək ki, ötən il ölkədə iqtisadiyyat 0,9% artıb.
Bundan əlavə, BVF-nin gözləntilərinə görə, Türkiyənin tədiyə balansının ÜDM-ə nisbəti 2020-ci ildə 0,4%, gələn il isə 0,2% təşkil edəcək.
APA