Bu il selfie banklarda dəbdədir | Banco.az

Bu il selfie banklarda dəbdədir

Bu dəfə yenə söhbət bankların facebook səhifələrindən gedəcək.

Gündən günə oyunun qaydalarını çətinləşdirən Facebook-da öz müştərilərilərinlə əlaqə qurmaq getdikcə daha çətin olur. Yəni sənin paylaşmanı daha çox insanın görməsi üçün getdikcə ödənişli reklamlara daha çox ehtiyac duyursan və bəzi ekspertlər düşünür ki, facebook-da səhifə saxlamaq artıq əvvəlki qədər əlverişli deyil.

Öz istifadəçilərinin marağını cəlb etmək və səhifəni aktiv saxlamaq üçün banklarımız ara-sıra Facebook yarışmalarına yer verir.

Hal-hazırda aşağıdakı banklarda facebook müsabiqələri həyata keçirilir.

Talking/ Like

Bank

Kampaniyanın adı

Qısa mahiyyəti

Tarix

2257/ 172430

Bank of Baku

“Əllərim qızıldandır”

Sizin əl işlərinizin foto müsabiqəsi

24.09 - 01.10. 2014

BoBcrossWord

Krossvord yarışması

Bəlli deyil

920/ 18175

Zaminbank

#Zaminbankfototest

"Zaminbank” logosu ilə (yazısı ilə) foto müsabiqə

12.08- 12.10. 2014

2213/17683

Turan Bank

TuraNBank SELFİE

Fotomüsabiqə

28.08 - 28.09.2014

410/78394

ParaBank

Para Bank Sefie

Fotomüsabiqə

Bəlli deyil

Müsabiqələrin əksəriyyəti bank ofislərinin, binalarının, bankomat və ya bankın bilboardlarının yanında çəkilmiş fotoşəkillər, bankın loqolarının təbliği və s ilə bağlıdır. Xüsusən də “selfie” müsabiqələri dəbdədir.

Hədiyyələr içərisində isə mövsüm ilə əlaqədar olaraq, istirahət yerlərinə nəzərdə tutulmuş səyahət biletləri, planşet və smartfonlar və bank kartarı və əlbəttə ki nağd pul xüsusi yer tutur.

Həmçinin diqqətinizə bu yayda keçirilmiş, lakin başa çatmış bəzi maraqlı yarışları da təqdim edirik. 

Taking/ Like

Bank

Kampaniyanın adı

Qısa mahiyyəti

137/45759

AccessBank

AccessBank-ın sərinliyini hiss et

 pazl parçaları ilə müsabiqə

3325/29725

Beynəlxalq Bank

Uşaq İli 20.14%

fotomüsabiqə

Futbol üzrə Dünya Çempionatını izlə, hədiyyə qazan

Hesablarla bağlı proqnoz

870/213426

Unibank və Banco.az

Səyahət vaxtı

Sual-cavab yarışması

Unibank 

Böyük Futbol həyəcanı

Sual-cavab yarışması

3922/88201

KapitalBank

İntellektual yarışma

Sual-cavab yarışması

140 Arzu

Ən yaxşı arzu müsabiqəsi

920/18175

ZaminBank

Dünya çempionatı həyəcanını yaşa və hədiyyə qazan!

Hesablarla bağlı proqnoz

37/5639

NBC Bank və Banco.az

Dünya çempionatı

Hesablarla bağlı proqnoz

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et