Bu il "Şahdəniz"ə çəkilən xərclərin həcmi açıqlanıb | Banco.az

Bu il "Şahdəniz"ə çəkilən xərclərin həcmi açıqlanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2023-cü ilin ilk 3 rübündə Şahdəniz üzrə fəaliyyətlərə təxminən 1 milyard 738 milyon dollar əməliyyat xərcləri və təxminən 653 milyon dollar əsaslı xərclər çəkilib. Bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.

Banco.az xəbər verir ki, bu barədə “BP Azərbaycan”ın cari ilin üçüncü rübünə aid hesabatında qeyd edilib.

Məlumata görə, 3 rübdə Şahdəniz yatağından Azərbaycan (Azərkontrakt ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam edib.

İlin ilk 9 ayında yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 20 milyard standart kubmetr qaz və 3 milyon tondan çox (təqribən 27 milyon barel) kondensat hasil edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et