Bu ​​il qlobal neft tələbinin rekord həddə yüksələcəyi gözlənilir | Banco.az

Bu ​​il qlobal neft tələbinin rekord həddə yüksələcəyi gözlənilir

Müəllif - Aida İsaq, Banco.az

Beynəlxalq Enerji Agentliyi (IEA) Çində Kovid -19 məhdudiyyətlərinin ləğv olunması fonunda qlobal neft təlabatının rekord həddə çatacağını proqnozlaşdırıb.

Banco.az xəbər verir ki, 2023-cü il üçün qlobal neft tələbatının artım proqnozu gündəlik 200 min barel artaraq 1,9 milyon barelə yüksəldiyi halda, qlobal tələbatın pandemiyadan əvvəlki rekordu yeniləyəcəyi gözlənilir.

Təşkilat həmçinin Çinin neft tələbatı ilə bağlı proqnozunu gündəlik 100.000 barel artıraraq 15.9 milyon barelə yüksəldib. Eyni zamanda beynəlxalq səyahətlərin bərpası ilə aviasiya yanacağına tələbatın artmasının qlobal neft tələbatındakı artımın təxminən yarısını təşkil edəcəyi də vurğulanıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et