Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 183,7 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın məlumatına əsasən 2019-cu ilin müvafiq dövründə qızıl ixracının ümumi dəyəri 157,7 mln. dollar təşkil edib. Beləliklə, 2020-ci ildə qızıl ixracı 16,5% artıb.
Qeyd edək ki, təkcə noyabr ayında Azərbaycan xaricə 24,5 mln. dollarlıq qızıl tədarük edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 56,1% çoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!