Bu il özəl sektorun idxalı 9%-dək artıb | Banco.az

Bu il özəl sektorun idxalı 9%-dək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanın ümumi idxalı əvvəlki illə müqayisədə 2 milyard 608 milyon dollar və ya 32,1% azalaraq 5 milyard 525 milyon ABŞ dollarına bərabər olub.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal əməliyyatlarında dövlət sektorunun payı 8,23% (454 mln. 547 min dollar), özəl sektorun payı 82,97% (4 mlrd. 583 mln. 851 min dollar), fiziki şəxslərin payı isə 8,80% (486 mln. 370 min dollar) təşkil edib.

Əvvəlki illə müqayisədə özəl sektorunun idxalı 369 milyon 70 min dollar və ya 8,8% artıb.

Qeyd edək ki, ötən 4 ayda özəl sektorunun ixracı 4 milyard 760 mln. 892 min dollar təşkil edib ki, bu da illik müqayisədə 326 mln. 434 min dollar və ya 6,4% azdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram