Bu il ölkəyə idxal olunan məhsulların qiyməti 19% bahalaşıb | Banco.az

Bu il ölkəyə idxal olunan məhsulların qiyməti 19% bahalaşıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin iyun ayında idxal olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 0,3 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 14,7 faiz, 2023-cü ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 18,9 faiz bahalaşıb.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd edilib.

Məlumata görə, 2023-cü ilin iyul ayında ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 401,85 manat təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram