"Bu il neftin orta qiyməti 30 dollardan çox olacaq" | Banco.az

"Bu il neftin orta qiyməti 30 dollardan çox olacaq"

Rusiya Federasiyasının Energetika Nazirliyi bu il neftin qiymətinin orta hesabla bir barel üçün 30 ABŞ dollarından bir qədər çox olacağını gözləyir.

Bu barədə Rusiya Energetika Nazirliyinin neft və qaz hasilatı və nəqli departamentinin direktoru Aleksandr Qladkov bildirib.

"Bu il orta hesabla neftin qiymətinin 30 dollar və bir qədər artıq olacağını gözləyirik. Yəni 15 və ya 20 dollar olmayacaq. Bütün səylərimiz məhz buna yönəlib", - deyə, A. Qladkov qeyd edib.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et