Bu il Naxçıvanda sənaye məhsulu istehsalının 94,5 faizi özəl bölmənin payına düşüb | Banco.az

Bu il Naxçıvanda sənaye məhsulu istehsalının 94,5 faizi özəl bölmənin payına düşüb

Cari ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 819 milyon 911 min 600 manat dəyərində sənaye məhsulu istehsal olunub. Bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumatda qeyd edilir ki, bu nəticə bir il öncəki göstəricini 1,3 faiz üstələyib. Sənaye məhsulu istehsalının 96,2 faizi malların, 3,8 faizi isə xidmətlərin payına düşüb. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 94,5 faiz təşkil edir ki, bu da ölkənin digər iqtisadi rayonları ilə müqayisədə ən yüksək göstəricidir.

2019-cu ilin yanvar-sentyabr aylarında muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 37 layihə üzrə istehsal və xidmət obyektləri yaradılıb, 55 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması davam etdirilir.

Ən sərfəli kredit üçün müraciət et

Sənayenin inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə bəhs olunan dövrdə 7 milyon 171 min 500 manat kredit verilib. Bu, bir il öncəki göstəricidən 38,7 faiz çoxdur.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et