Bu il Naxçıvanda 9 heyvandarlıq təsərrüfatı yaradılıb | Banco.az

Bu il Naxçıvanda 9 heyvandarlıq təsərrüfatı yaradılıb

Hazırda Naxçıvan Muxtar Respublikasında iribuynuzlu mal-qaranın baş sayı 119 min 814-ə, xırdabuynuzlu heyvanların sayı isə 741 min 539 başa çatdırılıb.

Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qara üzrə 1845 baş, xırdabuynuzlu heyvanlar üzrə 12 min 806 baş çoxdur.

Cari ilin ötən dövründə muxtar respublikada 9 heyvandarlıq təsərrüfatı yaradılıb, 2 heyvandarlıq təsərrüfatı genişləndirilib. Ümumilikdə, yanvar-sentyabr aylarında kənd təsərrüfatı subyektlərinə 8 milyon 776 min 600 manat məbləğində kreditlər verilib ki, bunun da 7 milyon 23 min manatı heyvandarlığa yönəldilib.

Report.az