Bu il könüllü tibbi sığorta bazarı 5%-dən çox böyüyüb | Banco.az

Bu il könüllü tibbi sığorta bazarı 5%-dən çox böyüyüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2023-ci ilin yanvar-iyul aylarında Azərbaycanda könüllü tibbi sığorta üzrə yığımların həcmi 85 mln. 651 min manat təşkil edib. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 5,3% və ya 4 mln. 310 min manat çoxdur. 2022-ci ilin ilk 7 ayında könüllü tibbi sığorta üzrə toplanan sığorta haqqlarının məbləği 81 mln. 341 min manat olub.

Hesabat ayları ərzində tibbi sığorta üzrə ödənişlərin həcmi 41 mln. 29 min manat olub. Bu da əvvəlki dövrlə müqayisədə 5.3% və ya 2 mln. 314 min manat azdır. Ötən ilin müvafiq dövründə bu sığorta növü üzrə ödənişlərin həcmi 43 mln. 343 min manata bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram