Bu il kirayə mexanizmi ilə satılan mənzillərin sayı 1735-ə çatıb | Banco.az

Bu il kirayə mexanizmi ilə satılan mənzillərin sayı 1735-ə çatıb

Satmaq öhdəliyi ilə kirayə mexanizmi vasitəsilə 6121 ailə özünün mənzil şəraitini yaxşılaşdırıb.

Bu bəradə İpoteka və Kredit Zəmanət Fondundan (Fond) bildirilib.

    Qeyd edilib ki, bunun da 1735-i cari ildə bağlanmış müqavilələrin payına düşür.

    Satmaq öhdəliyi ilə kirayə mexanizmindən faydalaraq mənzil şəraitini yaxşılaşdıran vətəndaşların 60 faizindən çoxu gənclər və gənc ailələrdir.

    Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Fond tərəfindən vətəndaşlara 14 ünvanda mənzillər təqdim edilib. Onlardan 6-sı Bakı şəhərində, 3-ü Xırdalan şəhərində, 3-ü Abşeron rayonunun Masazır, Saray və Məmmədli qəsəbələrində, daha 2-si isə Sumqayıt şəhərində yerləşir.

    Ən sərfəli kredit üçün müraciət et

    Təklif edilən mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərə (məktəb, bağça, səhiyyə ocaqları) yaxın komplekslərdə yerləşir. Bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla təmir olunaraq, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub, mülkiyyət hüquqları isə dövlət qeydiyyatına alınıb.

    apa