Bu il keçirilən satınalmaların dəyəri 1,6 mln. manatı ötüb | Banco.az

Bu il keçirilən satınalmaların dəyəri 1,6 mln. manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-iyul ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən ümumi dəyəri 1 milyon 628,3 min manat olan 3 545 müsabiqə əsaslı satınalma keçirilib.

Banco.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bunlardan 52-si açıq tender, 1 966-sı elektron açıq tender, 1 304-ü kotirovka sorğusu, 223-ü isə təkliflər sorğusu üsulu ilə həyata keçirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram