Bu il informasiya və rabitə sektorunda maaşlar artıb | Banco.az

Bu il informasiya və rabitə sektorunda maaşlar artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda informasiya və rabitə sahəsində orta aylıq nominal əməkhaqqı 1 895,7 manat təşkil edib.

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici dövlət sektorunda 1 593,9 manat, özəl sektorda isə 2 107,6 manat olub.  

2024-cü ilin eyni dövründə informasiya və rabitə sahəsində dövlət sektorunda maaşlar 1 495,6 manat, özəl sektorda isə 1 855,4 manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram