Bu il ərzində ARDNF tərəfindən dövlət büdcəsinə 715 mln. manat daxil olub | Banco.az

Bu il ərzində ARDNF tərəfindən dövlət büdcəsinə 715 mln. manat daxil olub

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən bu il ərzində dövlət büdcəsinə transfertlərin həcmi açıqlanıb.

 

"APA-Economics"in sorğusuna cavab olaraq ARDNF-dən bildirilib ki, 2018-ci il üzrə, yəni cari ilin fevralın 13-nə olan məlumata əsasən bu göstərici üzrə köçürmələr müvafiq olaraq 715 mln. manat və yaxud 420,5 mln. ABŞ dolları təşkil edib. Başqa sözlə, Fond bu il üçün dövlət büdcəsinə nəzərdə tutulan transfertin 7,76%-ni icra edib.

 

Qeyd edək ki, bu il ARDNF-dən dövlət büdcəsinə 9 mlrd. 216 mln. manatın transfert edilməsi nəzərdə tutulub.  Bu, 2017-ci ilin proqnozu ilə müqayisədə 3 mlrd. 116 mln. manat və ya 51,1% çoxdur. 

Ən sərfəli kredit üçün müraciət et

 

Xatırladaq ki, ölkənin neft yataqlarının xarici şirkətlər ilə birgə işlənməsindən əldə edilən neft gəlirlərinin toplanaraq səmərəli idarə edilməsi, həmin vəsaitlərin öncül sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsi məqsədlə Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu təsis edilib. Neft Fondunun əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2000-ci il tarixli fərmanı ilə təsdiq edilib.

Ən sərfəli krediti almaq üçün müraciət et