Bu il ən çox pul itirən milyarderlər bəlli olub | Banco.az

Bu il ən çox pul itirən milyarderlər bəlli olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

İlon Mask, Mark Zukerberq, Zhao və başlarının şəxsi sərvətindəki əsaslı itkilər milyarderlər siyahısını alt-üst edib.

Banco.az xəbər verir ki, “Bloomberg Billionaires Index”in (Blomberg Milyarderlər İndeksi) məlumatına görə, bu il sərvətləri ən çox azalan milyarderlər bəlli olub.

Zenq Yugun: 22,5 milyard dollar

Batareya istehsalçısı “Contemporary Amperex Technology” şirkətinin qurucusu Robin Zenq kimi də tanınan çinli milyarderin hazırki sərvəti 30,7 milyard dollardır. Yunq 22,5 milyard dollar sərvət itirərək Bloomberg Milyarderlər İndeksində 36-cı yerdə qərarlaşıb.

Fil Nayt və ailəsi: 22,5 milyard dollar 

Dünyanın ən məşhur idman brendlərindən biri olan “Nike”ın və film istehsalı şirkəti “Laika”nın təsisçisi Fil Nayt və ailəsinin sərvəti bu il 22,5 milyard dollar əriyib. Fil Nayt hazırda 39,8 milyard dollar sərvəti ilə Bloomberg Milyarderlər İndeksində 29-cu yerdədir.

Bill Qeyts: 25,3 milyard dollar

“Microsoft”un həmtəsisçisi olan amerikalı iş adamı Bill Qeytsin hazırda sərvəti 112,8 milyard dollar təşkil edir. O, Bloomberg Milyarderlər İndeksinin 5-ci pilləsində qərarlaşıb.

Makkenzi Skott: 34,9 milyard dollar

Amerikalı yazıçı və “Amazon”un qurucusu Ceff Bezosun keçmiş həyat yoldaşı Skottun sərvəti bu il 34,9 milyard dollar əriyib. Skoot 21,4 milyard dollar sərvəti ilə Bloomberg Milyarderlər İndeksində 62-ci yerdədir.

Sergey Brin: 38,6 milyard dollar

“Google” şirkətini Larri Peyc ilə birlikdə yaradan amerikalı proqram mühəndisi və internet sahibkarı Sergey Brin 84,9 milyard dollar sərvətə malikdir. Brin bu il 38,6 milyard dollar itirərək Bloomberg Milyarderlər İndeksində 11-ci yerdə qərarlaşıb.

Larri Peyc: 39,7 milyard dollar

Ən sərfəli kredit üçün müraciət et

Amerikalı proqram mühəndisi və sahibkar, “Google”un həmtəsisçisi Larri Peycin sərvəti 88,7 milyard dollardır. Peyc 39,7 milyard dollar sərvət itirərək Bloomberg Milyarderləri İndeksinə görə dünyanın 8-ci ən varlı insanıdır.

Ceff Bezos: 76,7 milyard dollar

Onlayn ticarət nəhəngi “Amazon” və kosmik turizm şirkəti “Blue Origin”in sahibi amerikalı milyarder Ceff Bezosun hazırkı sərvəti 115,6 milyard dollar təşkil edir. O, 76,7 milyard dollar itirməsinə baxmayaraq, dünyanın 4-cü ən varlı insanı olaraq qalır.

Changpeg Zhao: 81,9 milyard dollar

Dünyanın ən böyük kriptovalyuta birjası “Binance”nin qurucusu Zhaonun sərvəti bu il 81,1 milyard dollar əriyib. CZ kimi tanınan Zhaonun hal-hazırda xalis sərvəti 13,9 milyard dollardır. CZ Bloomberg Milyarderlər İndeksində 112-ci yerdədir.

Mark Zukerberq: 83,5 milyard dollar

Amerikalı kompüter proqramçısı, sahibkar və “Meta”nın (Facebook) qurucusu Mark Zukerberqin sərvəti bu il 83,5 milyard dollar itki ilə 42 milyard dollara geriləyib. Zukerberq Bloomberg Milyarderlər İndeksində 27-ci yerdədir.

İlon Mask: 100 milyard dollar

Bu il ən çox sərvət itkisi ilə üzləşən milyarder “Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask olub. O, 100 milyard dollar itirməsinə baxmayaraq, hələ də, 169,8 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı insanıdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et