Bu ilin yanvar-avqust aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 2 mlrd 873 mln 657 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 26,5% çoxdur.
Bu ilin səkkiz ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayı ilə müqayisədə 18,8% artaraq 693 mln 651 min manat olub.
Həmçinin ƏDV üzrə daxilolmaların həcmi 26,9% artaraq 1 mlrd 965 mln 579 min manat, aksizlər 62,7% artaraq 184 mln 703 min manat, yol vergisi üzrə daxilolmalar isə 21% artaraq 29 mln 425 min manat təşkil edib.
Report.az