Bu il büdcəyə gömrük xətti ilə 2 mlrd. manata yaxın vəsait daxil olub | Banco.az

Bu il büdcəyə gömrük xətti ilə 2 mlrd. manata yaxın vəsait daxil olub

Bu ilin yanvar-aprel aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 1 milyard 980 milyon manat təşkil edib.

Banco.az  DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3.3% azdır.

    2023-cü ilin yanvar-aprel aylarında bu rəqəm 2 milyard 46.7 milyon manat təşkil edib.

    Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 52.4% artaraq 757 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 22% azalaraq 1 milyard 146.7 milyon manat, aksizlər üzrə daxilolmalar 2% artaraq 63.6 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 25.4% azalaraq 12 milyon 703 min manat olub.

    Ən sərfəli kredit üçün müraciət et

    Bizi sosial şəbəkələrdən izləyin!!

    Facebook

    Instagram

    Telegram

    Ən sərfəli krediti almaq üçün müraciət et