Bu il Bakıda pərakəndə ticarət dövriyyəsi 7% artıb | Banco.az

Bu il Bakıda pərakəndə ticarət dövriyyəsi 7% artıb

2023-cü ilin yanvar-sentyabr aylarında ticarət dövriyyəsinin həcmi 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 6,8 faiz artaraq 23671,8 milyon manat olub.

Banco.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz artaraq 13886,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 14,9 faiz artaraq 9785,4 milyon manata bərabər olub.

Məlumata görə, istehlak məhsullarının 35,1 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 49,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 15,6 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram