Bu il Bakıda elektron qaydada pərakəndə ticarət şəbəkəsində 18,5 milyon manatlıq istehlak məhsulları satılıb.
Bakı şəhər Statistika İdarəsinin məlumatına görə, bu ilin yanvar-may ayları ərzində paytaxtda elektron qaydada pərakəndə ticarət şəbəkəsində 18,5 milyon manatlıq və ya 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,3 dəfə çox istehlak məhsulları satılıb.
Elektron şəbəkə vasitəsilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 95,7 faizi hüquqi şəxslərdən, 4,3 faizi isə fərdi sahibkarlardan alınıb. Satışın bu növü vasitəsilə qeyri-ərzaq məhsulları realizə olunub.
lent.az