Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin 8 ayında Azərbaycanın Ukraynaya qeyri-neft məhsullarının ixracı illik müqayisədə 25 milyon 930 min dollar və ya 56.6% artıb.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat ayları ərzində Ukraynaya qeyri-neft ixracının dəyəri 71 milyon 738 min dollar təşkil edib.
Ötən ilin eyni dövründə bu ölkəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 45 milyon 808 min dollar olub.
Qeyd edək ki, hazırda Azərbaycanın ən böyük qeyri-neft idxalçısı isə Rusiyadır (752 milyon dollar).
Bizi sosial şəbəkələrdən izləyin!!