Bu il Azərbaycanın Türkiyə və Rusiyada turizm nümayəndəliyi açılacaq | Banco.az

Bu il Azərbaycanın Türkiyə və Rusiyada turizm nümayəndəliyi açılacaq

Bu il Azərbaycanın Türkiyədə və Rusiyada turizm nümayəndəliyin açılmasını planlaşdırııq.

Bunu Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə deyib.

"Biz tender elan etmişik ki, bir sıra ölkələrdə, o cümlədən Çində, Yyaxın Şərq ölkələrində və digər ölkələrdə nümayəndəlik xidmətlərini əldə edək. Pandemiyadan öncə bizdə belə bir təcrübə var idi. Belə ki, hansısa tərəfdaşlar bizim orada nümayəndəlik fünksiyalarını yerinə yetirirdilər. Bu, nümayəndəlik deyil, nümayəndəlik xidmətinin göstərilməsidir. Bu il yenidən o təcrübəyə qayıdırıq. Tender elan edilib, nəticələr bilinəndən sonra ictimaiyyətə məlumat verəcəyik. Çalışacağıq ki, yaya qədər bu məsələ həllini tapsın", - deyə o qeyd edib.

apa

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et