Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin yanvar-iyul aylarında 13.4 milyard kubmetr həcmində təbii qaz ixrac edib.
Banco.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Hesabat dövründə Azərbaycandan ixrac edilən təbii qazın dəyəri isə 8.9 milyard ABŞ dolları təşkil edib. Cari ilin yanvar-iyul aylarında ixrac edilən təbii qazın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 5.5%, dəyəri isə 8.7% artıb.
Qeyd edək ki, bu ilin ilk 7 ayında Azərbaycanın ümumi ixracında təbii qazın payı 43% olub.
Bizi sosial şəbəkələrdən izləyin!!