Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana bu ilin yanvar-iyul aylarında 56 min 766 ədəd avtomobil idxal edilib. İdxal edilən avtomobillərin dəyəri 900 milyon 590 min ABŞ dollarına bərabər olub.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, avtomobil idxalı 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə həcm baxımından 15 milyon 404 min ədəd artıb.
Eyni zamanda, avtomobil idxalına çəkilən xərc də illik müqayisədə 358,9 milyon ABŞ dolları və ya 66,3% artıb.
Qeyd edək ki, ötən ilin ilk 7 ayında ölkəyə 541,6 milyon ABŞ dolları dəyərində 41 min 362 ədəd avtomobil gətirilib.
Bizi sosial şəbəkələrdən izləyin!!