Bu il Azərbaycandan ən çox uçuşlar Rusiya istiqamətində olub | Banco.az

Bu il Azərbaycandan ən çox uçuşlar Rusiya istiqamətində olub

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin yanvar-may aylarında Azərbaycandan xaricə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 21.8% daha çox (9 778) aviareys təşkil olunub.

Banco.az Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, 5 ay ərzində ölkədən ən çox reys Rusiyaya (2 897) istiqamətində olub.

İkinci yerdə Türkiyə (2 099), üçüncü yerdə isə 1 231 reyslə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) qərarlaşıb.

Xatırladaq ki, ötən ilin eyni dövründə Rusiyaya təşkil edilmiş reyslərin sayı 2 625, Türkiyəyə 1 903, Birləşmiş Ərəb Əmirliklərinə isə 888 olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et