Bu il Azərbaycanda səfər sığortası bazarı 47% böyüyüb | Banco.az

Bu il Azərbaycanda səfər sığortası bazarı 47% böyüyüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin birinci yarısında (yanvar-iyun ayları) Azərbaycanda səfər sığortası bazarı 47,3% böyüyüb.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, hesabat dövründə bu sığorta növü üzrə daxilolmaların məbləği 2 milyon 736 min manata bərabər olub.

Bu növ üzrə ödənişlərin məbləği isə illik müqayisədə 35,9% azalaraq 116,2 min manata enib.

Qeyd edək ki, ötən ilin eyni dövründə səfər sığortası üzrə yığımların məbləği 1 milyon 857 min manat, ödənişlərin məbləği isə 181,2 min manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et