Bu il Azərbaycanda POS-terminalların və bankomatların sayı artıb | Banco.az

Bu il Azərbaycanda POS-terminalların və bankomatların sayı artıb

Azərbaycanda POS-terminalların sayı iyun ayı ərzində 0,8% artaraq iyulun 1-nə 60 150 vahid təşkil edib.

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən, ilin əvvəlindən isə ölkədə POS-terminalların sayı 5,3% artıb.

Məlumata əsasən, POS-terminalların 39 827 ədədi və ya 66,2%-i Bakıda, qalan 20 323 və ya 33,8%-i isə regionlarda quraşdırılıb.

Hesabat ayında bankomatların sayında da artım müşahidə olunub. Belə ki, ölkədə quraşdırılmış bankomatların sayı iyunda 0,7%, ilin əvvəlindən isə 3,3% artaraq 2 804 vahidə çatıb. Bankomatların 1 479 ədədi və ya 52,8%-i Bakıda, 1 325 ədədi və ya 47,2%-i isə regionlarda quraşdırılıb.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram