Bu il Azərbaycanda istehlak bazarı 6% azalıb | Banco.az

Bu il Azərbaycanda istehlak bazarı 6% azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 7,3 mlrd manat olmaqla 2020-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 6 % azalıb.

Bildirilir ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 6,1 % azalaraq 7 mlrd manata bərabər olub, onun 47,7 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 366,8 manat və ya 2020-ci ilin eyni dövrünün göstəricisindən nominal ifadədə 9,7 manat az vəsait xərcləyib.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram