Bu il Azərbaycanda əsas kapitala 4,5 mlrd. manat yönəldilib | Banco.az

Bu il Azərbaycanda əsas kapitala 4,5 mlrd. manat yönəldilib

Bu ilin yanvar-aprel aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4 mlrd. 533,4 mln. manat və ya əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 3,5% az vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, vəsaitin 2 mlrd. 982 mln. manatı neft sektoruna, 1 mlrd. 551,4 mln. manatı isə qeyri-neft sektoruna yönəldilib, ümumi sərmayənin 72,7%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. İstifadə olunmuş vəsaitin 83,9%-i məhsul istehsalı obyektlərinin, 11,2%-i xidmət sahələri üzrə obyektlərin, 4,9%-i isə ümumi sahəsi 506,5 min kvadrat metr olan yaşayış evlərinin payına düşür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 36,5%-ni təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 72,8%, bank kreditləri 10,8%, büdcə vəsaitləri 10,3%, əhalinin şəxsi vəsaitləri 4,4%, büdcədənkənar fondların vəsaitləri 1,2%, sair vəsaitlər isə 0,5% təşkil edib.

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 2136 şagird yerlik 4 ümumtəhsil məktəb binası, 224 yerlik məktəbəqədər təhsil müəssisəsi, Saatlı rayonunda 110/35/10 kilovoltluq "Sarıcalar" elektrik yarımstansiyası, Yevlax şəhərində Varvara balıqartırma müəssisəsi istifadəyə verilib.

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et