Bu il Azərbaycanda birrəqəmli inflyasiya əldə oluna bilər | Banco.az

Bu il Azərbaycanda birrəqəmli inflyasiya əldə oluna bilər

Azərbaycan Mərkəzi Bankı 2017-ci ilin yekunlarına əsasən birrəqəmli inflyasiyanın əldə olunmasını real hesab edir.

Bunu jurnalistlərə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatların, o cümlədən BVF və Dünya Bankının ölkədəki istehlak qiymətlərinin dəyişiklik templəri üzrə proqnozları müsbətdir. Paralel olaraq isə biz öz hesablamalarımızı aparırıq. Bizim əsas məqsədimiz 2017-ci ilin yekunlarına əsasən birrəqəmli inflyasiyaya nail olmaqdır.

Ən sərfəli kredit üçün müraciət et

E.Rüstəmov qeyd edib ki, inflyasiyaya müxtəlif amillər təsir edir:

“İnflyasiya təkcə monetar xarakter daşımır, ona həmçinin dünya qiymətləri və digər amillər təsir göstərir. Bu amilləri düzgün idarə etmək lazımdır. Ümumilikdə, biz inflyasiyanın birrəqəmli göstəriciyədək enməsini tamamilə real hesab edirik”.

Mənbə: Trend.az