Bu il Azərbaycanda 178 min daşınmaz əmlaka çıxarış verilib | Banco.az

Bu il Azərbaycanda 178 min daşınmaz əmlaka çıxarış verilib

Bu ilin birinci yarısında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlak üzərində 177 664 mülkiyyət hüququnu qeydiyyata alaraq çıxarışla təmin edib.

Bu barədə Dövlət Xidmətindən bildirilib.

    Bu göstəricinin 27 707-si (15,6%) ilkin, 149 957-si isə (84,4%) isə təkrar qeydiyyatın payına düşür.

    Ən sərfəli kredit üçün müraciət et

    İlin ilk 6 ayında fərdi yaşayış və bağ evi üzərində - 27 695, mənzil üzərində - 39 388, torpaq sahəsi – 104 580, qeyri-yaşayış binası – 1 586, qeyri-yaşayış sahəsi – 4 017, əmlak kompleksi - 376, çoxmərtəbəli yaşayış binası üzərində isə 22 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 45 513-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.

    Yanvar-iyun aylarında 132 115 texniki pasport tərtib edilib, 35 203 ipoteka müqaviləsi qeydiyyata alınıb.

    Ən sərfəli krediti almaq üçün müraciət et