Bu il Azərbaycana elektromobil idxalı 6 dəfəyədək artıb | Banco.az

Bu il Azərbaycana elektromobil idxalı 6 dəfəyədək artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycana 315,3 milyon ABŞ dolları dəyərində 20 799 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 66,5 % və 21,62 % çoxdur.

Hesabat dövründə sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 48,9 % azalaraq 46 ədəd (2,616 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 20,9 % artaraq 19 264 ədəd (277,77 milyon ABŞ dolları dəyərində) təşkil edib.

Bu avtomobillərin 3 047-i (66,198 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 408-i (16,97 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Bu isə birincinin 2,96 % azalması, ikincinin isə 5,8 dəfə artması deməkdir.

Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 35,18 % artaraq 1 368 ədəd (21,566 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 83,3 % artaraq 121 ədəd (13,335 milyon ABŞ dolları dəyərində) olub.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et