Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana bu ilin yanvar-oktyabr ayları ərzində 288 ədəd avtobus idxal edilib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, idxal edilən avtobusların dəyəri illik müqayisədə 7,5 dəfə artıb.
Belə ki, 288 ədəd avtobusa görə ölkədən 45 milyon 622 min ABŞ dolları valyuta çıxıb.
Qeyd edək ki, bu ilin 10 ayında ölkəyə gətirilən avtobuslar say etibarı ilə ötən ilin eyni dövrünə nisbətdə 3,2 dəfə artıb. 2023-cü ilin yanvar-oktyabr aylarında 90 ədəd avtobus idxal edilmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!