Müəllif: Gülnar Əhmədli, Banco.az
Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-aprel aylarında ölkədən 7 milyard 706 milyon 860 min kubmetr təbii qaz ixrac edilib.
Banco.az xəbər verir ki, ixrac edilən təbii qazın dəyəri isə 2 milyard 758 milyon 782 min ABŞ dolları olub.
Hesabat dövründə qaz ixracı illik müqayisədə miqdar ifadəsində 18,3% artıb, dəyər baxımından isə 49,1% azalıb.
Qeyd edək ki, ilk 4 ayda Azərbaycanın ümumi ixracında təbii qazın payı 33,77% olub.
Bizi sosial şəbəkələrdən izləyin!!