Bu il Azərbaycan təbii qaz ixracından qazancını 5 dəfədən çox artırıb | Banco.az

Bu il Azərbaycan təbii qaz ixracından qazancını 5 dəfədən çox artırıb

Bu ilin yanvar-mart aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 6 mlrd 165 mln 450,44 min kubmetr həcmində təbii qaz ixrac edib.

Bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verilir.

Məlumata görə, ötən üç ay ərzində Azərbaycan ixrac etdiyi təbii qazın dəyəri 867 mln 067,7 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-mart ayları ərzində ixrac edilən təbii qazın həcmi ötən ilin müvafiq dövründən 4,4 dəfə, dəyəri isə 5,4 dəfə çoxdur.

Bu ilin ilk rübü ərzində Azərbaycanın ümumi ixracında təbii qazın payı 20,95 % olub.

report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et