Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 163.4 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu, illik müqayisədə 44.7 milyon dollar və ya 37.7% çoxdur.
Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib.
Bildirilib ki, 2023-cü ilin eyni dövründə qızıl ixracının ümumi dəyəri 118.7 milyon dollara bərabər olub.
Qeyd edək ki, təkcə oktyabr ayında ixrac edilən qızılın dəyəri isə 48.1 milyon dollar təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!