Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu il avqust ayının 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,8 bənd təşkil edib.
Banco.az Azərbaycan Mərkəzi Bankının aylıq hesabatına istinadən xəbər verir ki, bu göstərici 1 ay əvvəllə müqayisədə 0,04 bənd, 2022-ci ilin avqustun 1-nə nisbətən isə 1,04 bənd azdır.
Qeyd edək ki, milli valyutanın dövretmə sürətinin ən yüksək həddi 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.
Bizi sosial şəbəkələrdən izləyin!!