Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana 104 milyon 834 min ABŞ dolları dəyərində 48 min 241 ton ət idxal olunub.
Banco.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə idxal edilən ətin miqdarı 38,4%, dəyəri isə 49,8% və ya 34 milyon 839 min dollar artıb.
Belə ki, ötən ilin 10 ayında Azərbaycana 69 milyon 995 min dollar dəyərində 34 min 860 ton ət idxal edilib.
Qeyd edək ki, hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,64%-ni təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!