Bu il AÇG-də hasilat ötən ilki səviyyədə qalacaq | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Bu il AÇG-də hasilat ötən ilki səviyyədə qalacaq

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan 2016-cı il üzrə hasilat ötən ilki səviyyədə olacaq. 

Bunu "BP-Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib. 

B.Aslanbəyli qeyd edib ki, bu il layihə üzrə xərclər ötən ilkindən az olub: "Buna baxmayaraq, hər hansı problem yaranmazsa, ilin sonuna 2016-ci il üzrə hasilat ötən ilki səviyyədə qalacaq". 

Qeyd edək ki, AÇG-dən neft hasilatı 2015-ci ildə 31,3 mln. ton təşkil edib.

Mənbə: Report.az