Bu il 2 mln. tondan artıq neft emal olunub | Banco.az

Bu il 2 mln. tondan artıq neft emal olunub

Cari ilin yanvar-mart aylarında Azərbaycanda 2,2 milyon tona yaxın neft emal edilib, bu da ötən ilin müvafiq dövrünün göstəricisinə bərabərdir.

Bu barədə  Energetika Nazirliyi məlumat verib.

    Xatırladaq ki, ötən il Azərbaycanda 6,5 mln. tona yaxın neft emal edilib, bu da illik müqayisədə 4,84% çoxdur.

    Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

    Ən sərfəli kredit üçün müraciət et

    Bizi sosial şəbəkələrdən izləyin!!

    Facebook

    Instagram

    Telegram

    Ən sərfəli krediti almaq üçün müraciət et