Bu il 10 min nəfər "kupça" alıb | Banco.az

Bu il 10 min nəfər "kupça" alıb

2016-cı il ərzində Əmlak Məsələləri üzrə Dövlət Komitəsi respublika üzrə 28 "kütləvi çıxarış" kampaniyası keçirib. Komitədən  verilən məlumata görə, bunun 6-sı paytaxt rayonlarında, 22-si isə respublikanın müxtəlif şəhər və rayonlarında baş tutub.

İndiyədək regionlarda əsasən, mənzillər, həyət evləri və torpaq sahələrini əhatə edən "kütləvi çıxarış" kampaniyası hazırda paytaxtla yanaşı, regionlardakı yeni tikililəri də əhatə edib. 2016-cı ildə təkcə paytaxtda yeni inşa edilmiş 10-a yaxın hündür mərtəbəli binanın mənzilləri bu kampaniya çərçivəsində çıxarışla təmin olunub.

Ən sərfəli kredit üçün müraciət et

Ümumilikdə, kampaniyanın start verildiyi gündən indiyədək 10 minə yaxın vətəndaş kampaniya iştirakçısı olaraq faydalana bilib. Eyni zamanda, ahıl, fiziki məhdudiyyətli insanlara belə xidmətlər birbaşa onların evlərində göstərilib.

Mənbə: APA.az

Ən sərfəli krediti almaq üçün müraciət et