Müəllif: Tamara Mustafayeva, Banco.az
“BYD” və “Mercedes” arasındakı 13 illik əməkdaşlıq sona çatıb.
Banco.az xəbər verir ki, çinli avtomobil istehsalçısı “BYD” alman istehsalçı “Mercedes-Benz Group AG” ilə Çində qurduğu birgə müəssisə “Denza”dakı “Mercedes”ə məxsus 10 faizlik səhmləri də satın alaraq tam nəzarəti ələ keçirib.
Bazar ertəsi günü axşam edilən açıqlamada müqavilənin dəyəri göstərilməyib.
Qeyd edək ki, “Denza” premium elektrik avtomobil markasını satmaq üçün qurulan şirkətdir və bu şirkətdə “Mercedes” sadəcə 10 faizlik səhmlərini saxlamışdı.
13 illik tərəfdaşlığa son qoyan bu addım Avropa Komissiyasının Çinin elektrikli avtomobillərinə 36,3 faizə qədər əlavə tariflər tətbiq etməyə çalışdığı və Çin ilə Avropa arasında ticarət gərginliyinin artdığı bir vaxta təsadüf edir.
Digər tərəfdən, “Mercedes-Benz”in Çindəki nümayəndələri məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.
Bizi sosial şəbəkələrdən izləyin!!