Bu hava yolu şirkəti peyvənd olunmayan personalını işdən çıxaracaq | Banco.az

Bu hava yolu şirkəti peyvənd olunmayan personalını işdən çıxaracaq

Tamara Mustafayeva, Banco.az

"United Airlines" peyvənd olunmayan personalını işdən çıxarmağa qərar verib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, ABŞ-a məxsus hava yolu şirkəti "United Airlines" koronavirus peyvəndi vurdurmaqdan imtina edən 593 əməkdaşının işdən çıxarılması üzrə lazımi prosedurların başladıldığını açıqlayıb.

Şirkət menecerləri işçilərə elektron poçt ismarıcı göndərməklə onlara bunun, kifayət qədər çətin qərar olduğunu, ancaq komandanın təhlükəsizliyini təmin etməyin zəruriliyini qeyd ediblər. 

Ölkədəki bütün əməkdaşlarının peyvənd olunmasını icbari hala gətirən Amerikanın ilk hava yolu şirkəti "United Airlines" dini və tibbi səbəblərdən istisna tələbi ilə müraciət edən işçilərin 2 oktyabr tarixindən etibarən ödənişsiz məzuniyyətə göndərilməsi planının isə davam etməkdə olan bir məhkəmə işinə görə 15 oktyabr tarixinə qədər təxirə salındığını elan edib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ABŞ-da 67 mindən çox personalı olan şirkətdə istisna tələb edənlərdən başqa şirkətin 99%-dən çoxunun vaksinasiyası başa çatıb ki, işdən çıxarılması nəzərdə tutulan personal ümumi işçi qüvvəsinin 1%-dən azını təşkil edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et